Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb

Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb


Artıq bir neçə gündür Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb.

Ölkə ərazisində yağan güclü yağışlar Antalya vilayətində sel və daşqınlara səbəb olub. Vilayətdə bir çox ev, iş yeri, istixana və əkin sahələrini su basıb, ərazidə qalan 14 nəfər xilas edilib. Bölgədə evlərə dolan suyun boşaldılması istiqamətində işlərə başladılıb.

Hidrometeoroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər. Noyabrın 29-da böyük şəhərlər də daxil olmaqla ölkə ərazisində hökm sürəcək güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib.

Geri dön