Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kanada hökuməti “Sepah”ın “Qüds” qanadını terrorçu təşkilatlar siyahısına daxil etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Kanada hökuməti “Sepah”ın “Qüds” qanadını terrorçu təşkilatlar siyahısına daxil etdi

Kanada hökuməti “Sepah”ın “Qüds” qanadını terrorçu təşkilatlar siyahısına daxil etdi


Kanada hökuməti dekabrın 20-də rəsmi bəyanat yayaraq Tehran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxardığını bildirib.

Kanada hökuməti İran Xalq Mücahidlər Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxardıqdan dərhal sonra İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadını onun yerinə terrorçu təşkilatlar siyahısına daxil edib. Bəyanatda bildirilir ki, “Sepah”ın xarici əməliyyatlar üçün yaradılmış “Qüds” qanadı “Taliban”ı, “Həmas”ı, Livan “Hizbullahı”nı və digər terrorçu qrupları silahlandırıb onlara maliyyə yardımı göstərir, həmçinin islam inqilabını xarici ölkələrə ixrac etmək üçün terrorçu fəaliyyətlərlə məşğul olur.

Avropa Birliyi və Böyük Britaniya silahlı mübarizəni kənara qoyub dinc siyasi mübarizəyə üz gətirdiyinə görə İran Xalq Mücahidlər Təşkilatını 2008-ci ildə, ABŞ isə bu ilin oktyabr ayında terrorçu təşkilatlar siyahısından çıxarıb.

Daha fərqli və demokratik bir islamın tərəfdarı olduğunu bildirən İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 60-cı illərin sonlarında yaradılıb. Təşkilat 1980-cı illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.

Təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərk-silah edilərək “Əşrəf” qərargahında ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ hökuməti bu qərargahın nəzarətini İraq hökumətinə tapşırıb.

Geri dön