Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehran küçələrindən türk şəxsiyyətlərinin adı ləğv olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehran küçələrindən türk şəxsiyyətlərinin adı ləğv olunub

Tehran küçələrindən türk şəxsiyyətlərinin adı ləğv olunub


Tehranın bələdiyyə başçısı Əlirza Zakani və Şəhər Şurası ikisi güney azərbaycanlı olmaqla İran tarixinin tanınmış dörd ədəbi və mədəni şəxsiyyətinin adlarının küçələrdən ləğv edilməsi ilə bağlı qərar çıxarıb.


Tehran şəhərinin fərqli bölgələrində yerləşən Huşəng Muradi Kirmani, Cabbar Bağçaban, Mehdi Azər Yəzdi və Səməd Behrənginin adları lövhələrdən silinib və onların hansı adlarla dəyişdiriləcəyi bəlli deyil.


Azərbaycanlı şəxsiyyətlər Cabbar Baöçaban və Səməd Behrənginin adlarının küçələrdən ləğv edilməsi xüsusilə Tehranda yaşayan türklərin narazılığına səbəb olub.


Qeyd edək ki, adları çəkilən hər iki türk pedaqoq və ədəbiyyatçı güney Azərbaycanla yanaşı İranda da ədəbi və pedaqoqiya sahəsində ən tanınmış şəxslərdən sayılırlar.


Tehranın yeni bələdiyyə başçısı Əlirza Zakaninin işə başlamasından sonra Tehranda türk şəxsiyyətlərinin adlarına olan küçələrin adının dəyişdirilməsi halları çoxalıb.


Bundan öncədə Səttarxan adına olan metro dayanacağının adının “Sağlamlıq Qorucuları”na dəyişdirilməsi türklərin, xüsusilə Tehranda yaşayan Azərbaycan türklərinin etirazlarına səbəb olmuşdur.


Bununla yanaşı bələdiyyə və Şəhər Şurası Tehran və İsfahan şəhərlərində bir sıra küçə və keçdilərin adlarının nümayişkaranə şəkildə İran-İraq müharibəsində həlak olan emənilərin adına verilməsi narazılıqla qarşılanmışdı.


Tehran bələdiyyəsi və Şəhər Şurası məsələ ilə bağlı hər hansı açıqlama verməyib və adları dəyişdirilən küçələrə hansı adların veriləcəyini bildirməyin.


Geri dön