Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mingəçevir Dövlət Universitetində QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Mingəçevir Dövlət Universitetində QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib

Mingəçevir Dövlət Universitetində QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib


Mingəçevir Dövlət Universitetində (MDU) Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar keçirilib.

MDU-dan bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyası tərəfindən təşkil olunan seminarda universitetin tələbə və magistrantları iştirak ediblər.

Laboratoriyanın müdiri, həkim Yeganə Aslanova seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat verib, insanın immunçatışmazlığı virusunun səbəb olduğu təhlükəli xəstəliklərdən qorunmağın üsulları, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı tələbələrlə maarifləndirici söhbətlər aparıb.

Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.

Geri dön