Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib


2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Alim Məmmədov dahi mütəfəkkir Nizami Gəncəvi obrazında qonaqları qarşılayıb.

Tədbir iştirakçıları İncəsənət və Rəssamlıq Məktəbinin şagirdlərinin “Xəmsə” və “Zəfər Günü” mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Mərkəzin akt zalında Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında hazırladıqları “Xeyir və Şər” tamaşası nümayiş olunub.

Sonda şəhər rəhbərliyi tərəfindən şəhid və qazi övladlarına, məktəblilərə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında yazılmış “El dastanı” kitabı hədiyyə edilib.

Geri dön