Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şahmat tacı uğrunda keçirilən dünya çempionatında Maqnus Karlsendən daha bir qələbə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Şahmat tacı uğrunda keçirilən dünya çempionatında Maqnus Karlsendən daha bir qələbə

Şahmat tacı uğrunda keçirilən dünya çempionatında Maqnus Karlsendən daha bir qələbə


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda keçirilən dünya çempionatında mübarizə gərginləşir.

Səkkizinci turda ağ fiqurlarla oynayan M.Karlsen Y.Nepomnyaşini 46-cı gedişdə məğlub edib. Bununla da dünya çempionu turnirdə ikinci qələbəsini qazanaraq ümumi hesabda üstünlüyünü daha da artırıb (5:3). Digər turlarda isə heç-heçə qeydə alınıb.

Sabah turnirdə istirahət günüdür. Dekabrın 7-də doqquzuncu partiya oynanılacaq.

On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Hazırda Maqnus Karlsen (2855) dünya reytinq cədvəlinə başçılıq edir, Yan Nepomnyaşi (2782) isə beşinci pillədə qərarlaşıb.

Geri dön