Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mikayıl Həsənli: Altı ilə yaxındır ki, könüllü kimi həvəslə fəaliyyət göstərirəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Mikayıl Həsənli: Altı ilə yaxındır ki, könüllü kimi həvəslə fəaliyyət göstərirəm

Mikayıl Həsənli: Altı ilə yaxındır ki, könüllü kimi həvəslə fəaliyyət göstərirəm


Beynəlxalq Könüllülər Günü ərəfəsində “İlin könüllüsü” seçildiyim üçün qürurverici hisslər yaşayıram.

Bunu müsahibəsində ilin könüllüsü seçilən Mikayıl Həsənli deyib.

Mikayıl Həsənli Prezident İlham Əliyevin çağırışına qoşularaq altı ilə yaxındır müxtəlif tədbirlərdə könüllü kimi fəaliyyət göstərdiyini vurğulayıb. O bildirib: “42 yaşım olmasına baxmayaraq, bütün könüllü proqramlarında iştirak etmişəm. Ən önəmli beynəlxalq yarışların, tədbirlərin də könüllü kimi iştirakçısıyam. Burada olmaq çox gözəl hissdir. Yaşından və sosial durumdan asılı olmayaraq, bütün gənclərimizə bu cür tədbirlərdə iştirak etməyi tövsiyə edirəm. Arzumdur ki, ölkəmiz gənclərimiz sayəsində bundan sonra daha gözəl günlər qeyd etsin. Ümidvaram ki, yetişən gənclər könüllülük fəaliyyətində ürəklə, həvəslə iştirak edəcəklər”.

Geri dön