Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın xarici işlər naziri ilə ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycanın xarici işlər naziri ilə ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri ilə ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub


Dekabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.

Karen Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsini, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal və münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi dəyərləndirib.

Telefon danışığı zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Geri dön