Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda verilən sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanda verilən sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq

Gürcüstanda verilən sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq


Gürcüstanda sürücülük vəsiqəsinin əldə olunması ilə bağlı ölkə qanunvericiliyinə dəyişiklik edilib və Avropa standartlarına uyğunlaşdırılıb. Bunun nəticəsində də, Gürcüstanda alınan sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vladimir Konstantinidi ölkənin birinci kanalına (1tv.ge) müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstan bundan başqa daha bir neçə qanunu Avropa standartlarına uyğunlaşdırır. Həmin qanunlar Gürcüstanda verilən sürücülük vəsiqəsi və digər hüquqi sənədlərin Avropa ölkələrində də etibarlılığını artıracaq.

Geri dön