Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada pandemiya başlayandan koronavirusa yoluxma ən yüksək səviyyəyə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Fransada pandemiya başlayandan koronavirusa yoluxma ən yüksək səviyyəyə çatıb

Fransada pandemiya başlayandan koronavirusa yoluxma ən yüksək səviyyəyə çatıb


Fransada son sutkada COVID-19 virusuna 61340 yeni yoluxma qeydə alınıb. Pandemiya başlayandan koronavirusa yoluxma ən yüksək səviyyəyə çatıb. Son gündə virusdan 129 ölüm faktı qeydə alınıb.

Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, son 7 gündə virusa yoluxma həcmi hər gün artmaqda davam edib.

Xəstəxanalara 13044 yeni virus xəstəsi daxil olub. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan virus xəstələrinin sayı 1381-ə çatıb. Pandemiya başlayandan xəstəxanalarda 440865 virus xəstəsi müalicə olunaraq sağalıb.

Ölkədə virus qurbanlarının ümumi sayı 120032-yə çatıb.

Səhiyyə naziri Olivye Veran ölkədə “Pfizer” peyvəndi ilə bağlı problem olmadığını, 20 milyon doza peyvənd olduğunu bəyan edib. Səhiyyə mütəxəssisləri tezliklə 4-cü dozanın zəruri olmasından danışırlar. 5 və11 yaşlı uşaqların peyvənd edilməsinə başlanılıb.

Geri dön