Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran və Ermənistan rəsmiləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > İran və Ermənistan rəsmiləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

İran və Ermənistan rəsmiləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər


İrəvanda İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

İSNA-in məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələr, regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu olub. Görüşdə həmçinin Suriyadakı vəziyyətlə də bağlı fikir mübadiləsi aparılıb. Tərəflər Suriyada yaşanan böhrandan ciddi narahat olduqlarını və bu ölkədə vəziyyətin əvvəlki qaydaya düşməsi üçün suriyalı qruplar arasında görüşlərin keçirilməsinin vacib olduğunu bildiriblər.

Eyni zamanda görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Tərəflər Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin vacib olduğunu vurğulayıblar. S.A.Əraqçi həmçinin BMT Baş Assambleyasında İranla bağlı qəbul olunmuş qətnamənin əleyhinə səs verdiyinə görə Ermənistana təşəkkürünü bildirib, eyni zamanda İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvət məktubunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana təqdim edib.

Geri dön