Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Litvanın Çindəki nümayəndəliyi müvəqqəti olaraq distant üsulla çalışacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Litvanın Çindəki nümayəndəliyi müvəqqəti olaraq distant üsulla çalışacaq

Litvanın Çindəki nümayəndəliyi müvəqqəti olaraq distant üsulla çalışacaq


Litvanın Çindəki nümayəndəliyi müvəqqəti olaraq distant üsulla çalışacaq, müvəqqəti işlər vəkili Audra Çyapene məsləhətləşmələr üçün geri çağırılır.

Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hazırda Litvanın Çindəki nümayəndəliyinin və Litvada Çin nümayəndəliyinin fəaliyyətinin texniki şərtləri müzakirə olunur və litvalı diplomatların bu ölkədə akkreditasiya müddətinin uzadılması ilə bağlı Pekinin qərarını gözləyir.

Pekində əvəzedici diplomatın olmaması səbəbilə səfirlik müvəqqəti olaraq öz fəaliyyətini distant şəkildə davam etdirir. Əvvəllər olduğu kimi, Çindəki Litva vətəndaşlarına distant və məhdud şəkildə konsulluq xidmətləri göstəriləcək.

Litvanın Xarici İşlər Nazirliyi bildirir ki, Çinlə danışıqları davam etdirməyə və qarşılıqlı münasib razılaşma əldə olunduqdan sonra səfirliyin işini tam bərpa etməyə hazırdır.

Geri dön