Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın Osaka şəhərində baş verən yanğında azı 27 nəfər həyatını itirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yaponiyanın Osaka şəhərində baş verən yanğında azı 27 nəfər həyatını itirib

Yaponiyanın Osaka şəhərində baş verən yanğında azı 27 nəfər həyatını itirib


Dekabrın 17-də yerli vaxtla təxminən saat 10:20 dəqiqədə Yaponiyanın qərbində yerləşən Osaka şəhərində baş verən yanğında azı 28 nəfər ağır xəsarət alıb.

Kyodo agentliyinə istinadla xəbər verir ki, onlardan 27-nin həyatını itirdiyi bildirilir.

Qeyd edilir ki, yanğın şəhərin baş dəmir yolu stansiyasının yaxınlığında yerləşən ofis binasının dördüncü mərtəbəsində baş verib. Həmin binada gözəllik salonu, klinika, ingilis dili məktəbi və digər ofislər yerləşir.

Polis yanğının məqsədli şəkildə törədilməsindən şübhələnir. Yanğın zamanı klinikanın tibbi heyəti və xəstələr qapılar bağlı olduğuna görə binanı tərk edə bilməyiblər.

Yanğın başladıqdan dərhal sonra hadisə yerinə təqribən 30 yanğınsöndürmə maşını yaxınlaşıb və yanğının qarşısı 30 dəqiqəyə alınıb.

Geri dön