Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Filippində “Ray” tufanı nəticəsində həyatını itirənlərin sayı 208 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Filippində “Ray” tufanı nəticəsində həyatını itirənlərin sayı 208 nəfərə çatıb

Filippində “Ray” tufanı nəticəsində həyatını itirənlərin sayı 208 nəfərə çatıb


Filippində “Ray” tufanı nəticəsində həyatını itirənlərin sayı ən azı 208 nəfərə çatıb.

Bu barədə dekabrın 20-də “Manila Bulletin” qəzeti ölkə polisinə istinadla məlumat yayıb. Buna qədər 169 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Qəzetin yaydığı məlumatda daha 239 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı, 52 nəfərin isə itkin düşdüyü bildirilir.

Əlavə olaraq qeyd edilir ki, cari fəsildə sayca 22-ci olan “Ray” tufanı Sakit okeanın qərb hissəsində əmələ gəlib. Filippinin Şərqi Visayi regionunun hökumət orqanları 82 mindən çox insanı tufan başlayanadək təxliyə edib. Həmin sakinlər Cənubi Leyte, Leyte, Samar, Şərqi Samar, Şimal Samar və Biliran əyalətlərindəki 274 təxliyə mərkəzinə yerləşdiriliblər.

Vyetnam Hidrometorologiya Proqnozlaşdırma Mərkəzinin məlumatına görə, tufanın episentri Bindin əyalətinə doğru hərəkət edir.

Geri dön