Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GAMAC Almaniyada konfrans keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > GAMAC Almaniyada konfrans keçirib

GAMAC Almaniyada konfrans keçirib


Təşkilat hesab edir ki, Güney Azərbaycanda milli demokratik dövlətin qurulması millətimizin milli iradəsi və onun vahid mövqedən çıxış etməsindən keçir


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Almanyadakı nümayəndəliyinin təşkilatçılığı ilə dekabrın 22-də Köln şəhərində «Güney Azərbaycan Milli Azadlıq Hərəkatının bugünkü durumu və təşkilati fəaliyyətin əhəmiyyəti» mövzusunda konfrans keçirilib. GAMAC-ın İdarə Heyətinin üzvü Sadiq İsabəylinin verdiyi məlumata görə, tədbirdə Güney Azərbaycandakı durumla bağlı müxtəlif səpkili çıxışlar edilib, təşkilatlanma, təşkilatlararası əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb. Toplantıda GAMAC-ın gücləndirilməsi və gələcək fəaliyyətilə bağlı fikir və təkliflər səsləndirilib, bir sıra qərarlar qəbul olunub. Eyni zamanda konfransda təşkilatdaxili məsələlər müzakirə edilib. Toplantının yekununda Güney Azərbaycandakı durum və təşkilati fəaliyyətlə bağlı GAMAC-ın qəbul etdiyi bəyanat oxunub. Sənəddə bildirilir ki, İranda öz tarixi torpaqlarında yaşayan 30 milyondan çox Azərbaycan türkünün sistemli şəkildə milli hüquq və azadlıqlarından məhrum edilməsi, milli fəallara qarşı həyata keçirilən həbslər və qeyri-insani davranış, Güney Azərbaycanın öz milli sərvətlərindən məhrum edilməsi və millətimizin yoxsul duruma salınması, Urmiya gölünün məqsədli şəkildə qurudulması, əhalinin öz tarixi torpaqlarından didərgin salınması əslində bir millətə qarşı yönəlmiş irqi ayrı-seçkilik siyasətindən qaynaqlanır: «Son aylarda Güney Azərbaycanın Qaradağ bölgəsində (İranın Şərqi Azərbaycan vilayəti) baş vermiş zəlzələdən zərərçəkən insanlara İran hakimiyyətinin qeyri-insani münasibəti və onların ağır durumuna laqeyd qalması din adı altında gizlənmiş bu rejimin mahiyyətini ortaya qoymaqdadır. Güney Azərbaycanın azadlığı və milli dövlətçiliyi istiqamətində kütləviləşən milli hərəkatın sistemli təşkilatlanması, Güney Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan təxribatyönlü siyasətin qarşısının alınması və beynəlxalq hüquq normaları çərçivəsində Güney Azərbaycan məsələsinin dünya səviyyəsində gündəmə gətirilməsi bugünkü təşkilatlanma və təşkilatlararası əməkdaşlığın əsasını təşkil etməlidir. Bu istiqamətdə fəaliyyət göstərən qüvvələr qurtuluş mübarizəmizin genişlənməsində birgə fəaliyyətin qurulması və onun davam etdirilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər. Bu səbəbdən GAMAC həm daxildə, həm də xaricdə aparılan milli azadlıq mübarizəsinin gücləndirilməsini koordinasiya olunmuş əməkdaşlığın qurulmasında görür və dəstəkləyir. Biz milli təşkilatların birgə səyi nəticəsində BMT baş katibinə müraciətin imzalanmasını və BMT-nin nəzarəti altında Güney Azərbaycanın tarixi ərazisində Azərbaycan türklərinin iştirakı ilə referendumun keçirilməsi tələbinin irəli sürülməsini milli azadlıq hərəkatımızın siyasi müstəvidə atdığı tarixi addım hesab edirik. GAMAC bəyan edir ki, Güney Azərbaycanda milli demokratik dövlətin qurulması millətimizin milli iradəsi və onun vahid mövqedən çıxış etməsindən keçir».

Geri dön