Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edilib

Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edilib


Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Nazirlər Kabineti nəzdində Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.

Şənlikdə 100-ə yaxın azərbaycanlı uşaq və onların valideynləri iştirak ediblər.

RAMMM-ın sədri Firdovsi Hüseynov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara yaxşı oxumağı, xoşbəxt həyat sürməyi arzulayıb.

Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları təxminən iki saat ərzində uşaqları əyləndiriblər.

Tədbirdə Azərbaycanla bağlı viktorina da keçirilib, suallara düzgün cavab verən uşaqlara hədiyyələr təqdim olunub.

Şənlikdə uşaqlar mahnı oxuyub, rəqs edib, Şaxta baba və Qar qızdan Yeni il hədiyyələri alıblar.

Geri dön