Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransanın cənub-qərbində quş qripi yenidən yayılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Fransanın cənub-qərbində quş qripi yenidən yayılıb

Fransanın cənub-qərbində quş qripi yenidən yayılıb


Fransanın cənub-qərbindəki Land departamentində quş qripi yenidən yayılıb.

Ölkənin cənub-qərbində artıq 7 ördək fermasında quş qripi aşkarlanıb. Daim qapalı məkanda saxlanılmış ördəklərdə ilk yoluxma aşkarlalana qədər qabaqlayıcı tədbir olaraq ördəklər kəsilib. Land departamentinin 34 bələdiyyəsi ətrafında 3 kilometrdən ibarət müdafiə zonası yaradılıb və 10 kilometr müşahidə zonası nəzarət alıtna alınıb.

Prefekturanın mətbuata açıqlamasında bildirilib ki, Land departamentində ilk quş qripi dekabrın 19-da aşkarlanıb. Ölkənin şimalında ev quşları ilə təmasda olan köçəri quşlar tərəfindən gətirilmiş quş qripi virusu ilk dəfə noyabrın 26-da müəyyən edilib.

Noyabrın əvvəlindən bütün səhiyyə orqanları quş təsərrüfatçılarına köçəri quşlarla təmasdan yayınmaq üçün ev quşlarını bağlı məkanda saxlamağı məsləhət görmüşdülər.

Geri dön