Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu həftə doğum gününü qeyd edəcəyimiz şəhidlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Bu həftə doğum gününü qeyd edəcəyimiz şəhidlər

Bu həftə doğum gününü qeyd edəcəyimiz şəhidlər


Ağayev Ruslan Mövlud oğlu

1971 ildə noyabrın 2-də Sumqayıt şəhərində anadan olmuşdur. Ruslan Ağayev 1990-cı ilin oktyabr ayında Milli Orduya çağırılmışdır. O, əvvəlcə hərbi təlim keçmiş, sonra isə respublikamızın ən qaynar nöqtəsinə - Laçın rayonuna göndərilmişdir.Qızğın döyüşlərin birində o, bir neçə erməni işğalçısını öldürmüşdür.Ruslanın qulluq etdiyi hərbi hissə komandanlıq tərəfindən tez-tez tapşırıqlar alırdı. Növbəti hücum 1992-ci ilin oktyabr ayının 26-da oldu. Laçın rayonunun Finqa kəndi yaxınlığında qızğın döyüşlər gedirdi. Ruslan Ağayev hərbi tapşırığı yerinə yetirərkən qəflətən erməni snayperindən atılan atəşə tuş oldu. Subay idi.
Məzarı Sumqayıtdakı Şəhidlər Xiyabanındadır

Süleymanov Bədirxan İnqilab oğlu

1974-cü il noyabrın 6-da Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olub. 1992-ci ilin noyabrından həqiqi hərbi xidmətə birincilər sırasında gedib. Xidmətini Qusar rayonunda başlayıb. Vətənə, torpağına qəlbən bağlı olub bu igid oğlan, hərbi hissə komandanlığına ərizə ilə müraciət edərək, döyüş gedən ərazilərə göndərilməsini xahiş etmişdi. Bədirxanın döyüş yolu Ağdərədən başlayıb. 1993-cü il iyulun 7-də Ağdərə istiqamətində gedən gərgin döyüşdə ayağından ağır yaralanmışdı. Uzun müddət müalicə olunduqdan sonra, yenidən 1993-cü il dekabrın 28-də Ağdərə bölgəsində döyüşə atılmışdı. 1994-cü il yanvarın 24-də Ağdərə bölgəsində Akop-Komari kəndi uğrunda gedən döyüşdə hünərlə vuruşaraq həlak olmuşdu.Lakin ölməmişdi, əksinə, əbədiyyətin ölməz əsgərinə çevrilmişdir.

Geri dön