Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uşaq yazıçısı Qəşəm İsabəyli Andersen fəxri diplomuna layiq görülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Uşaq yazıçısı Qəşəm İsabəyli Andersen fəxri diplomuna layiq görülüb

Uşaq yazıçısı Qəşəm İsabəyli Andersen fəxri diplomuna layiq görülüb


F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən yazıçı, şair Qəşəm İsabəyliyə Beynəlxalq Uşaq Kitabı Şurasının Andersen adına fəxri diplomu təltif edilib.

Diplom yazıçıya “Keçinin azadlıq nağılı” elektron kitabına görə verilib.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirib ki, Qəşəm İsabəyli yaradıcılığının əsas qayəsini uşaqların zehni inkişafına təsir və nitqin təkmilləşməsinə xidmət edən bir-birindən maraqlı ədəbi nümunələr təşkil edir. Bədii forma və məzmun axtarışları, orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən Qəşəm İsabəylinin rəngarəng yaradıcılığı məhz bu səbəbdən də Beynəlxalq Uşaq Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülüb.

Tədbirdə iştirak edən uşaq yazarları Zahid Xəlil və Eyvaz Zeynalov çıxışlarında qeyd ediblər ki, uşaq əsəri yaratmaq üçün yazıçıdan böyük məharət tələb olunur. Uşaq ədəbiyyatı nümunələri özünün forma yığcamlığı, məzmun aydınlığı, dil sadəliyi, axıcılığı, oynaqlıq və ahəngdarlığı baxımından böyüklər üçün yazılan ədəbiyyatdan fərqlənir. Şairin şeirlərində gözəgörünməz bir sehr, uşaqları özünə cəlb edən bir mərhəmət, doğmalıq hissi hökm sürür, bu da uşaqların qəlbini rövnəqləndirir, onları ədalətli, ləyaqətli bir insan kimi yetişdirmək üçün tərbiyələndirir.

Təqdimata görə Respublika Uşaq Kitabxanasına minnətdarlığını bildirən yazıçı Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüb və tədbir iştirakçılarına yeni şeirlərini oxuyub.

Tədbir zamanı Qəşəm İsabəyli haqqında videoslayd göstərilib.

Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür.

Geri dön