Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə dəhşətli partlayış: Bir qadın iki azyaşlı övladı ilə birgə həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə dəhşətli partlayış: Bir qadın iki azyaşlı övladı ilə birgə həlak olub

Təbrizdə dəhşətli partlayış: Bir qadın iki azyaşlı övladı ilə birgə həlak olub


Hadisə ötən gecə dekabrın 3-ü, saat 20 radələrində Təbrizin Dizeabad bölgəsində olub.

Məlumata görə, qaz balonları sexində güclü yanğın və partlayış baş verib.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, 50 maye qaz balonunun ard-arda partlaması nəticəsində bir qadın iki azyaşlı övladı ilə birgə həlak olub.

7 nəfər isə ağır yaralanıb.

Təbriz bələdiyyəsinin yanğınsöndürmə blməsindən mediaya verilən məlumatda da hadisənin 27 kq-lıq qaz balonlarının alışaraq partlaması nəticəsində meydana gəldiyi qeyd olunub.

Geri dön