Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Mis sənayesində Kirman mafiyasının hegemonluğuna son qoyulmalıdır"- Güneyli millət vəkili bəyanat yaydı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Mis sənayesində Kirman mafiyasının hegemonluğuna son qoyulmalıdır"- Güneyli millət vəkili bəyanat yaydı

“Mis sənayesində Kirman mafiyasının hegemonluğuna son qoyulmalıdır"- Güneyli millət vəkili bəyanat yaydı


O, yaydığı bəyanatda Təbrizin “Traxtur” və “Maşinsazi” futbol klublarının mis şirkətinin himayəsinə verilməsinə etiraz edən Kirman və Rəfsəncan şəhərlərinin İran parlamentindəki nümayəndələrinə sərt cavab verib.

“50 ildir müxtəlif əyalətlərin Milli Mis Şirkətinin müxtəlif bölgələrdəki gəlirləri Kirman əyalətinə daşınır.

Çox təəssüf ki, mis sənayesi xüsusi bir mafiyanın inhisarındadır. 20 ildir ki, hər il Vərziğanın 25 milyard tümən qazancı Kirmana aparılır.

Ölkənin mis istixracının 40%-i Azərbaycanda, qalan qismi isə Sistan-Bəluçistan, Xorasan, Yəzd və şimal əyalətlərində həyata keçirilir və bundan əldə edilən gəlirlər ədalətli bölünmür.

4 milyard ton ehtiyatla “Süngün” mis mədəni Kirmanda mövcud olan bütün mədən ehtiyatlarından daha zəngindir. Artıq bu sahədə hakim mafiya hegemonluğuna son qoyulmalıdır”-deyə, Allahverdi Dehqani bildirib.

Bununla yanaşı Urmu şəhərinin İran parlamentindəki keçmiş nümayəndəsi Nadir Qazipur da məsələ münasibət bildirib.

“Artıq Kirman qaşığı ilə Azərbaycan balının yeyilməsinə icazə verməyəcəyik"- deyə, o, kirmanlı millət vəkillərinə cavab verib.

Nadir Qazipur Azərbaycanın bütün dövrlərdə və sahələrdə öndə olduğunu, itkilər verdiyini xatırladıb, Kirman nümayəndələrinin əziyyət çəkmədən hazır olan imkanlara sahib durmaq istədiklərinə yol verilməyəcəyini qeyd edib.

Qeyd edək ki, yanvarın 4-ü, axşam saatlarında Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə andlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib.

Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncan nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər.

Geri dön