Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qara ilan ili nə vəd edir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Qara ilan ili nə vəd edir?

Qara ilan ili nə vəd edir?


İllər və bürclər üzrə proqnozlar


Artıq 2012-ci ilin son günlərini yaşayırıq. Yola saldığımız 2012-ci il Əjdaha ili idi. Bu il ölkəmiz həm iqsadiyyat, həm siyasət, həm mədəniyyət, həm də idman sahəsində nailiyyətlər əldə etdi.
Bir neçə gündən sonra 2013-cü ili qarşılacayıq. Astroloqlar 2013-cü ilin İlan ili olduğunu bildirir. Biz də öz növbəmizdə İlan ilində bizi nələr gözləyəcəyini öyrənmək məqsədilə astroloq Səbuhi Rəhimliyə müraciət etdik. Astroloq illər və bürclər üzrə məlumat verdi.

2013-cü il İlan ilidir. İlan mənfi və xoşagəlməyən varlıq kimi təsəvvür olunur. Bununla bərabər, onun bir çox xüsusiyyətlərindən yaxşı şeylər də öyrənmək olar: tələsməmək, ağılla hərəkət etmək, qərarların çıxarılmasında düşünmək bacarığı və s. “Əgər ilanın ayağını tapdamasan, o sənə hücum etməz”- deyə məşhur atalar misalı, sadəcə, İlana toxunmadan yanından ötüşməyi tövsiyə edilir.

Müasir ekstrasenslər artıq 2013-cü il üçün öncəgörmələrə başlayıblar. Onların fikrincə, bu il öz xarakterinə görə İlana bənzəyəcək. “Əgər sizdə həddən artıq aressiya və təzyiq olmasa problemlər öz-özünə həll olunacaq”.

Şərq qoroskopuna görə İlan müdriklik simvoludur. Bu baxımdan 2013-cü il insanlara müdriklik və səbr, mülahizə və mühakimə bacarığı təlqin edir. İl bütövlükdə maliyyə stabilliyi və problemlərin həlli yolları ilə bağlı əlamətlərlə yadda qalacaq.

Bununla belə, İlan həmçinin yoldan çıxarmağı bacarandır. Ona görə də bu il insanları sevgilərində çoxlu macəralar və günahlar gözləyir. Həmçinin yaşayış yerini dəyişmək, yeni yerlərə köçmək ehtimalı da böyükdür.

İllər üzrə proqnozlar

Siçan ilində (1948, 1960, 1972, 1984, 1996) doğulanların hesab etmək olar ki, onun maddi vəziyyəti yaxşılaşacaq. Bu gözlənilmədən baş verməyəcək, sadəcə planlaşdırma əsasında yaranacaq. Bu mükafat sizə səbrinizə görə veriləcək. Həqiqəti çox da axtarmayın, onun alovu əlinizi yandırar. İlan ilinin sizin üçün şüarı «Tələsən təndirə düşər»dir. Ciddi qərarların həllini sonraya saxlayın. Ailə qurulması üçün geniş imkanlar yaranacaq. Bir çoxları üçün bu, sürpriz olacaq. Belə sürprizlər həmçinin yaradıcılıq və maliyyə sahəsində də ola bilər. Sadəcə, gözləməyi və yenə də gözləməyi öyrənmək lazımdır.

Öküz ilində doğulanlara (1949, 1961, 1973, 1985, 1997) astroloqlar risk etməyi məsləhət görmürlər: “Heç bir risk sizə haqq qazandırmayacaq”. Yaxşı olar ki, gələcək planlarınız haqqında düşünəsiniz. Əsas şərt planlarınızı həddindən artıq qiymətləndirməmək, imkan və şəraiti nəzərə almaqdır. 2013-cü il sizin üçün hərəkətsizlik ili ola bilər. Bu ildə doğulanlar üçün əsasən peşəkar fəaliyyətdə yüksəliş və karyera ili olacaq. Hətta yeni macəralar və maraqların yaranması mümkündür. Təsadüfi tanışlıqlar gələcəyin ciddi münasibətinə çevrilə bilər.

Pələng ilində doğulanlar (1950, 1962, 1974, 1986, 1998) üçün İlan ili daha aktiv olacaq. Yeni fürsət və təkliflər ola bilər. Əsas şərt – səhv etməmək, düzgün qərar qəbul etməkdir. Astroloqların fikrincə, düşünmədən qərar vermək düz olardı. Əgər siz çox fikirləşsəniz, sizə təklif olunanı itirə bilərsiniz. Eyni zamanda, bir neçə təklifə birdən razılıq vermək də olmaz. Necə deyərlər, “bir əldə iki qarpız tutmaq” hələ heç kəsə nəsib olmayıb. Əgər Pələng tələsmirsə uğur mütləq gələcək. Bunun üçün zamanı və aqressiyanı unutmaq və sülh danışıqları üçün stol arxasına keçmək lazımdır. Sakitlikdə və harmoniyada Pələng arzuladığı xoşbəxtliyi tapacaq və onu saxlamağı bacaracaq.

Dovşan ilində doğulanlar (1951, 1963, 1975, 1987, 1999) dəyişkən qərarsızlıqları ilə barışmalı olacaqlar. Əgər bəxtinizin gətirəcəyini hiss etsəniz, bir yerdə durmayın – hərəkət edin. Əgər əksinə, qara günlərin başladığını hiss edərsinizsə, nəfəs alın, hadisələri tələsdirməyin. Müvəqqəti sakitliyi oxuyub öyrənməyə sərf edin. Sizin tapşırığınız – nəzəriyyəni təcrübədən keçirməkdir. Hadisələri qabaqlamağa çalışmayın.

Əjdaha ilində doğulanlar (1952, 1964, 1976, 1988, 2000) astroloqlar göylərdən yerə enmənizi məsləhət görürlər. Bəlkə siz çox şey istəyirsiniz? Bu halda qarşınıza bir məqsəd qoymadan öncə sizə tərəfdar və bitərəf olanların çəkisini ölçün. Dostlar çətin anlarınızda yanınızda ola bilər, öz gücünüz isə təklikdə bu arzunu həyata yetirməyə çatmaya bilər. Əjdahaları maliyyə məsələlərində sevinc gözləyir. Münaqişələrdən qaçmaq məsləhətdir – onlar çox şeyi məhv edə bilər.

İlan ilində doğulmusunuzsa (1953, 1965, 1977, 1989, 2001), siz hamıdan fərqlənməyi və yaradıcılığınıza görə qiymətinizi almaq istəyəcəksiniz. Əgər yaradıcılığınıza qiymət verilməsə və insanlar tərəfindən özünüzə qarşı etinasızlıq hiss etsəniz, demək özünüzü doğrulda bilməmisiniz. Demək fəaliyyətinizi başqa səmtə yönəltməlisiniz. İlan ilin sahibi kimi sizə uğur vəd edir. Bu il sakit və layiqli bir xoşbəxtlik ili olacaq. Çoxlarına elə gəlməsin ki, o, hərəkətsizdir və vaxt itirir. İlan sadəcə özünün sonrakı fəaliyyətini fikirləşir.

At ilində doğulanlar (1954, 1966, 1978, 1990, 2002) üçün İlan ili uğurlu olacaq. Astroloqlar sizə karyeranızda uğurlar olacağını xəbər verir. Rəqiblərinizə təşəkkür etməyi unutmayın. Bir halda ki, onlar var, deməli, karyeranızda hər şey yaxşıdır. Əldə etdiyiniz nailiyyətlə kifayətlənməyin. Atları yaxşı istirahət və şöhrət gözləyir. İstirahət etmək və öz qayğına qalmaq vaxtıdır. Sənin də başqaları kimi buna haqqın var. Karyera və maliyyə üçün əla ildir.

Keçi ilində doğulanlar (1955, 1967, 1979, 1991, 2003) bir daha əmin olun ki, hər şey qaydasındadır. Yeni ilin hadisələrini qiymətləndirmək çətin olacaq. Sizi yeniliklər gözləyir, hansı ki, siz onların çoxuna hazırsınız. Məsələn, mükafat - siz buna layiqsiniz. Ona görə də İlan ili – arzularınızın həyata yetməsinə gözəl vaxtdır. Böyüklərin məsləhətini eşitməyə ehtiyac var. Əgər Keçilər şıltaqlıq və səbirsizlik göstərsələr, il onlar üçün çətin ola bilər.

Meymun ilində doğulmusunuzsa (1956, 1968, 1980, 1992, 2004), onda İlan ilinin istilaçısı olacaqsınız. İstədiyinizin mülkiyyətçisi olmaq istəyirsiniz? Əsl vaxtdır. Yeni ildə sizə darıxmaq lazım gəlməyəcək. Əgər iş axtarırsınızsa, əlverişli zamandır – sizin istədiyinizi almağa haqqınız var. Problemlər həmişə var. Amma onlar öz-özünə həll olunacaq. Şəxsi həyatda sizi seçim gözləyir – ya səbr etmək, ya da qılıncla çapmaq.

Xoruz ilində doğulanlar (1957, 1969, 1981, 1993, 2005), gecikmədən gələcəyin təməlini qoymaq lazımdır. Hələ ki, fikirləşdiyinizi həyata yetirmək üçün gücünüz, imkanınız, düşüncəniz var. İlan ili arzularınızın həyata yetməsi üçün - düşünülmüş, müəyyənləşmişdir. Bunu etmək çətin olmayacaq. Özünüzü göstərə biləcəksiniz. Bu o vaxt mümkün olacaq ki, siz qeyrət göstərəcəksiniz. Öz şanslarınızı düzgün dəyərləndirin. İlanın Xoruzlara yazığı gəlmir.

İt ilində doğulanlar (1958, 1970, 1982, 1994, 2006) astroloqlar hər şeyi axarına buraxmanızı təklif edir. Mənəvi böhran və problemin həllinə az vaxt qalarsa, bu, istisna olunur. Bu ildə dünyaya gələnləri yaxşı və stabil il gözləyir. Ailəyə, uşaqlara həsr olunan ildir. Nikah bağlamağın və münasibətlərin möhkəmlənməsinə inam güclüdür. Həyatda nə dəyişəcəksə yaxşılığa doğru olacaq.

Qaban ilində doğulanlar (1959, 1971, 1983, 1995, 2007), üzünüzə gələn il sizin üçün qızıldır. İşdə də, şəxsi həyatınızda da sizi müvəffəqiyyət gözləyir. Bunların hamısı öz-özünə həyata yetəcək. Bu il əlamətlərlə yadda qalacaq. Sizin real etmədiyiniz bir çox arzular və ümidlər yaranacaq. Ancaq bunların hamısı sizin əməyinizin və səylərinizin nəticəsi olacaq. Sizin vəzifəniz nəzərləri özünüzə cəlb etmək və sizə olunan təkliflərdən vaz keçməməkdir.

2013-cü ilin bürclər üzrə gözləntiləri

Qoç –«Gəl, dost olaq» sözləri ilinizin şüarı olacaq. Dostluq sözü sizə nə qədər yaxındırsa, o qədər də uğurlarınız çox olacaq. Dostluq münasibətləri sevgi münasibətlərini də artıra bilər. Yaradıcılıq uğurları isə sizi azad əməkdaşlıq mühitində izləyəcək. Müsabiqə və yarışlarda qələbə imkanı yalnız sağlam rəqabət və azadlığa hörmət seçimləri zamanı mümkün olacaq. Uzaq səyahətlər sizin gəlirlərinizə uyğun seçiləcək. Nüfuzunuz işgüzar söhbətlər fonunda arta bilər. Əsas odur ki, öz uğurlarınızla lovğalanmayın.

Buğa – Siz səyahət, müxtəlif təşkilatlarda fəaliyyətinizin genişlənməsi gözləyir. Cəmiyyətdə vəziyyətiniz yaxşılığa doğru irəliləyəcək. Siz bu il böyük bir gəminin sakininə çevrilə bilərsiniz – orada sizi yeni tanışlıqlar və macəralar gözləyir. Ancaq yeni həyatda okeanın fırtınalarından qorxmayın. Çətin vəziyyətlərdən başqa adamlar kimi çıxmağa çalışın. Sizdən asılı olan yeganə şey gəmini «bədbəxtlik», yoxsa «qələbə» adlandırmaqdır.
Əkizlər – Növbəti ildə sizin üçün minimum vəzifə köklərinizi daha da dərinləşdirmək, maksimum isə ev tikmək, uşaq dünyaya gətirməkdir. Əlbəttə bunları həyata keçirmək o qədər də asan deyil. Hətta, valideynlərinizlə fikir ayrılığı yarana bilər. Öz sözlərinizdə diqqətli olun.

Xərçəng – Gələn ilin tendensiyüasını başa düşmək üzün Zoluşkanın nağılını xatırlamaq lazımdır. Təsəvvür edin, siz gözlənilmədən tanış olmayan bir cəmiyyətə düşürsünüz. Adət etmədiyiniz ənənələr var və siz diqqət mərkəzindəsiniz. Öz həssaslığınız və diqqətcilliyinizlə vəziyyəti nəzarətə götürməlisiniz. Bunun üçün özünüzü şahanə, eyni zamanda, təbii və sadə aparmalısınız. Belə şəraitdə əsas mükafatınız şah və ya şahzadənin sevgisi ola bilər. Kim ki, özünü ələ almağı bacarmasa, onu xoşagəlməyən sürprizlər gözləyir.

Şir - Kimsə sizi uğur yoluna itələyirsə, onların məsləhətlərini unutmayın. Şirlər üçün bu il ən vacib amillərdən biri özlərinə ev və ailə qurmalarıdır. Sizə yalnız yersiz tərəddüdləriniz mane ola bilər. Buna görə də özünüz üçün «özünə inan, məqsədini bil və maneələrə əhəmiyyət vermə» sözlərini şüar seç.

Qız – Bu il səbr və zamanı qiymətləndirmə bacarığı tələb edir. sizə aydın olub-olmayan hadisələr sizə ədalətsiz görünə bilər. Bu, sizin ümidlərinizi qıra bilər. Ona görə də «nə qədər az bilsən, o qədər möhkəm yatarsan» fikrinə üstünlük verin. Dostlarınızın köməyindən imtina etməyin. Nəhayət, səbriniz sizi mükafatlandıracaq. Siz ağır yuxudan ayılıb dünyanı başqa cür görəcəksiniz.

Tərəzi – Kəskin daldalanacaqlardan qaçın. Liderlik və nüfuz sferasında mübarizənizi davam etdirin. Fanatik inadkarlığınız və məqsədinizi aydın görmək sizin uğurunuzu təmin edəcək. Siz öz sadiq dostlarınızla görüşə qədər Dartanyan kimisiniz. Yalnız böyük qələbələr arzulayırsınız. Yay fəsli həyatınızın bir sıra sahələrində sizin üçün uğurludur. Yolunuza davam edin, suallar verin, macəralar axtarın, özünüzü darıxmağa qoymayın. Hisslərə və əlamətlərə inanın. Tərəzilər təsadüfi əlaqələrin xoşagəlməyən sonluğundan əziyyət çəkə bilərlər. İlin axırında xeyirxahlığınız öz nəticəsini verəcək. İlin sonunda isə köhnə, gizli günahlarınızın cavabını verməli olacaqsınız. Onları sübut etməyə çalışacaqsınız.

Əqrəb – Siz hər hansı təhdidlərə dözməyi, yoxsa gücünüzü sınamağı xoşlayırsınız? Özünüz xoşagəlməz hadisələrə qarşı diqqətli olmağa çalışın. Sizin gücünüzdən həyatınızı dəyişmək asılıdır.

Oxatan – Sizin üçün əsas mövzu «yalan nədir və onunla necə mübarizə aparmalı» olacaq. Sizə öz keçmişinizə çəhrayı eynəksiz boylanmaq lazım gələcək. Hətta mümkündür ki, sizin adınızla çox gözəl işləri ört-basdır etsinlər. Ona görə də zərbə altında qalmamaq üçün hərəkətlərinizə və sözlərinizə nəzarət etməyi bacarmalısınız. Şirnikləşdirici təkliflər və azdırmalar çox olacaq. İnanmayın, ürəyinizi həqiqətə açın. Siz başqa insanlardan şərlə mübarizə etməyin yollarını öyrənəcəksiniz.

Oğlaq – Siz çox işləyirsiniz və yaxşı nəticələr əldə edirsiniz. İnadkarlığınıza və əməksevərliyinizə yalnız sevinmək olar. Ancaq sizin bu hissləriniz bu il yaxın adamlarla münasibətinizə mane ola bilər. Emosiyalarınızı göstərmək sizin üçün asan məsələ deyil. Ancaq həyat onu həll etməyə məcbur edir. Şəxsi həyatla məşğul olmaq zamanı çatıb. Xüsusən bu, 30 yaşını adlayanlara aiddir. Ailəli adamlar da hətta, ehtirasların burulğanına düşə bilər. Onlar iradə tapsalar özlərini xilas edə biləcəklər.

Dolça – Siz bir-biri ilə çəkişən yaxın adamların münaqişələrinin şahidinə çevriləcəksiniz. Bu il yenidən keçmişin kədərli dərslərini təkrarlamaq lazım gələcək. Amma yadınızda saxlayın, indi hər şey başqadır. Siz və şərait dəyişilib. Tanış şərait reallıqda yeni oyunu tələb edir. «heç vaxt heç vaxt demə» sözləri il üçün şüarınız olmalıdır.

Balıqlar – Bu il arzularla yaşayan, nəyəsə cəhd edən insanlar üçün hərəkət ili olacaq. Nəhayət, öz məqsədləriniz üçün dünya yaranacaq və iş axtarışları haqqında düşünməyin. Yatmış gözəl uzun sürən yuxudan ayılacaq və görəcək ki, dünya dəyişib, o çox gözəldir. Sizin fikirləriniz həqiqətdə təmsil olunur. Ona görə yalnız yaxşı şeylər haqqında düşünün. Hərdən sizə elə gələ bilər ki, sizdən heç nə asılı deyil, tale özü hər şeyi həll edir. Ancaq bu, həqiqətdə belə deyil. Siz heç bir vaxt həyatınızın bu qədər yaradıcısı olmamısınız. Seçiminiz düşündüyünüz hadisələri dəyişə bilər.

Hamınızı yeni 2013-cü - İlan ili münasibətilə təbrik edirik!
Günel CƏLİLOVA

Geri dön