Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb


Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqforun qırmızı işığından keçən “Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Geri dön