Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ümumtürk tarixinin yazılması üçün türk tarixçiləri ilə əməkdaşlıq genişləndiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Mədəniyyət > Ümumtürk tarixinin yazılması üçün türk tarixçiləri ilə əməkdaşlıq genişləndiriləcək

Ümumtürk tarixinin yazılması üçün türk tarixçiləri ilə əməkdaşlıq genişləndiriləcək


Azərbaycan və Türkiyə tarixçiləri ümumtürk tarixinin yazılması üçün Orta Asiyanın türk dövlətlərinin, Rusiya, Ukrayna və digər ölkələrin türk tarixçiləri ilə əməkdaşlığı genişləndirəcəklər.

AMEA Tarix İnstitutundan cümə günü verilən məlumata görə, bu barədə Elmi Şuranın iclasında qərara gəlinib. Elmi Şurada ortaq türk tarixinin yazılması ilə bağlı məsələlər müzakirə edilib.

İnstitutun direktoru Yaqub Mahmudov ortaq Azərbaycan-Türkiyə tarixinin yazılması ilə bağlı işlərin davam etdiyini, artıq uzun illərdir ki, Azərbaycanın orta və ali məktəblərində türk xalqlarının tarixinin geniş tədris olunduğunu, Azərbaycan tarixinə dair elmi əsərlərin, kitabların Türkiyə türkcəsinə tərcümə edilməsinin və arxiv sənədlərinin mübadiləsi sahəsində əməkdaşlıq edilməsinin planlaşdırıldığını qeyd edib. Türkiyəli tarixçi professor Seyit Sertçelik bildirib ki, tarixi səbəblər üzündən bugünədək ortaq türk tarixi yazılmayıb, lakin bundan sonra bu işin həyata keçirilməsi üçün çalışacaqlar.

Geri dön