Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada koronavirusa yoluxanların sayı artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Fransada koronavirusa yoluxanların sayı artır

Fransada koronavirusa yoluxanların sayı artır


Fransada son sutkada COVID-19 pandemiyasından 361 min 719 yeni yoluxma və 246 ölüm faktı qeydə alınıb. Son həftədə gündəlik yoluxma həddi orta hesabla 287 min 394-ə çatıb.

Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, xəstəxanalarda virusa yoluxan 23 min 889 nəfər şəxsin olduğu bildirilir. Reanimasiya şöbələrində 3 985 ağır virus xəstəsi müalicə olunur. Son sutkada xəstəxanalara 2 806, reanimasiya şöbələrinə isə 381 virus xəstəsi daxil olub. Bu günə qədər 478 min 97 xəstə sağalaraq xəstəxanaları tərk edib. Ölkədə pandemiya başlayandan 126 min 305 virus qurbanı qeydə alınıb.

Ölkədə 52 milyon 57 min 212 nəfər koronavirusa qarşı peyvəndin hər iki dozasını vurdurub. Üçüncü “buster” doza vurulanların sayı isə 26 milyon 426 min 68 nəfərə çatıb. Son sutkada koronavirusa yoluxaraq işə çıxmayanların sayı 43 faiz artaraq 3,4 milyona çatıb, halbuki 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 2,4 milyon olub. Mütəxəssislər ölkədə sanitar vəziyyətin 2020-ci ildəki ilk karantin rejimi ilə eyni səviyyədə olduğunu bildirirlər. Yoluxanların 87,5 faizinin “omikron” ştamının daşıyıcısı olduğu vurğulanır. Son həftədə ölkədə 12 milyona yaxın və ya gündəlik orta hesabla 1,7 milyon test aparıldığı bildirilir. Qeyd edilir ki, ölkədə hələ də 80 yaşdan yuxarı 500 000-dən çox insana ümumiyyətlə peyvənd vurulmayıb.

Geri dön