Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub

BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub


Türkiyənin Kayseri vilayətinin Erciyes Xizək Mərkəzində sürüşmə zolağından çıxan üç kanadalı turist qar uçqun altında qalıb. Onların Birləşmiş Millətlər Təşkilatının əməkdaşları olduğu bildirilir.

Erciyes rayonunun 2700 metr hündürlük bölgəsindən dərəyə sürüşməyə cəhd edən turistlərin özləri tərəfindən yaradılan uçqun altında qaldığı müəyyən edilib. Turistlərdən ikisi axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib. Bir nəfərin isə cəsədi tapılıb. Həyatını itirən turist, 45 yaşlı Maykl Kreeftin Türkiyənin Qaziantep vilayətində yerləşən Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Mərkəzinin üzvü olduğu bildirilir.

Geri dön