Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliyada koronavirusa yoluxanların sayı 9 milyonu ötüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İtaliyada koronavirusa yoluxanların sayı 9 milyonu ötüb

İtaliyada koronavirusa yoluxanların sayı 9 milyonu ötüb


Son sutka ərzində İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 228 min 179 nəfər artaraq ümumilikdə 9 milyon 18 min 425-ə yüksəlib. Bu, pandemiyanın dördüncü dalğasında virusa sutkalıq yoluxmada ən yüksək göstəricidir.

Ötən gün ölkədə rekord sayda insan virusun qurbanı olub. Pozitivlik nisbəti isə 15,4 faizdir.

Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus qurbanlarının sayı 434 nəfər artaraq 141 min 825-ə çatıb.

Ötən 24 saatda 1 milyon 481 min 349 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı isə 2 milyon 562 min 156 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 1715 nəfər, virusdan sağalanların sayı 220 min 811 nəfər artaraq 6 milyon 314 min 444 olub.

Geri dön