Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalq qəhrəmanının xatirəsinə hörmətsizlik: Bağır xanın evi narkomanların sığınacağına çevrilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xalq qəhrəmanının xatirəsinə hörmətsizlik: Bağır xanın evi narkomanların sığınacağına çevrilib

Xalq qəhrəmanının xatirəsinə hörmətsizlik: Bağır xanın evi narkomanların sığınacağına çevrilib


Təbrizin “Xiyaban” məhəlləsində yerləşən bu tarixi ev təxminən bir il əvvəl tarixi abidələr siyahısına salınıb.

Lakin buna baxmayaraq binanın bərpası ilə bağlı bir iş görülmür.

Hazırda yarı dağılmış halda olan ev narkomanların sığınacağına çevrilib.

2020-ci il oktyabrın 3-də Təbriz Şəhər Şurasının mədəniyyət komisiyasının sədri Şəkur Əkbərnejad Bağır xanın evinin bərpa olunacağı ilə bağlı vəd vermişdi.

Onunla yanaşı Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəhbəri Əhməd Həmzəzadə də Bağır xanın evinin təmir olunacağını demişdi.

2021-ci il fevralın 22-də yarımuçulu bina tarixi abidələr siyahısına salınsa da, bərpası ilə bağlı verilən vədlərin heç biri yerinə yetirilməyib.

Geri dön