Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal Əfşar Moheb girov qarşılığında müvəqqəti azadlığa buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəal Əfşar Moheb girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

Milli fəal Əfşar Moheb girov qarşılığında müvəqqəti azadlığa buraxılıb


İstintaqın ilkin mərhələsində Əfşar Moheb “sistemə müxalif qrup və təşkilatların xeyrinə hökumətə qarşı təbliğat aparmaq”da ittiham olunub.

Milli fəal dekabrın 22-i günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib.

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib.

Əfşar Moheb qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu qeyd edib.

Moheb bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib.

Onun saxlanılma və dindirilməsi barədə məhkəmə hökmü tələb etməsinə, qanunsuz saxlanılmasına etiraz etməsinə baxmayaraq, saxlanılma səbəbi və barədə heç bir məlumat ala bilməmiş və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Geri dön