Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Taliban” 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələri yaradır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Taliban” 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələri yaradır

“Taliban” 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələri yaradır


Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı tərkibinə ümumilikdə 95 min nəfərin daxil olduğu təhlükəsizlik qüvvələri yaradılması prosesini başa çatdırmaq üzrədir.

Bu barədə Qətərin Al Jazeera telekanalı taliblərin daxili işlər naziri əvəzi Siracuddin Hakkaniyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, Əfqanıstanda törədilən partlayışların arxasında İŞİD silahlıları və əvvəlki hökumətin bir neçə üzvü dayanır. Taliblər İŞİD-ə qarşı həm təhlükəsizlik, həm də ideoloji sahədə mübarizə aparmağa, gənc əfqanların dünyagörüşündə korrektələr etməyə çalışır.

Siracuddin Hakkani hesab edir ki, beynəlxalq ictimaiyyətin indiki hökuməti tanımaqdan imtina etməsi və Əfqanıstanın xarici banklardakı vəsaitlərinin bloklanması “əfqan xalqının kollektiv cəzalandırılması” anlamına gəlir.

Geri dön