Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ hərbi-dəniz qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi gəmiyə eniş zamanı qəzaya uğrayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > ABŞ hərbi-dəniz qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi gəmiyə eniş zamanı qəzaya uğrayıb

ABŞ hərbi-dəniz qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi gəmiyə eniş zamanı qəzaya uğrayıb


ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-35 yeni nəsil qırıcı təyyarəsi Cənub Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğrayıb.

Bu barədə ABŞ Sakit okean donanmasının mətbuat xidməti məlumat yayıb.

“Hadisə F-35C təyyarəsi ilə yanvarın 24-də, “Carl Vinson” gəmisi Cənub Çin dənizində plan üzrə uçuşlar keçirərkən baş verib. Pilot uğurlu şəkildə təyyarədən ayrılıb və hərbi helikopter vasitəsilə xilas edilib”, - deyə məlumatda qeyd edilir.

Hadisə nəticəsində daha yeddi dənizçinin xəsarət aldığı bildirilir. Onlardan üçü Filippinin paytaxtı Maniladakı hərbi hospitala yerləşdirilib.

Hazırda hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Geri dön