Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə başlanılıb

Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə başlanılıb


Bu il Azərbaycanla Polşa arasında tarixi əlaqələrin və dostluq münasibətlərinin 550 illiyi, diplomatik münasibətlərin isə 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyindən bildirilib ki, “Azərbaycanla Polşa arasında mədəni körpü” adlı layihənin təşəbbüskarı və dəstəkçisi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlidir.

Layihəni Azərbaycanda partnyor qurum olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi icra edəcək. Eyni zamanda, layihənin icrası zamanı Polşanın Azərbaycandakı səfirliyi və Bakıdakı “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi ilə əməkdaşlıq nəzərdə tutulub.

Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara yaxından tanıtmaq, diaspor və vətəndaş cəmiyyəti olaraq iki ölkə arasından əlaqələrin güclənməsinə töhfə verməkdir. Bir il ərzində layihə çərçivəsində hər iki ölkədə müxtəlif səpkili tədbirlər təşkil ediləcək.

Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ saytıdır.

Geri dön