Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən il Gürcüstanda 163 nəfər itkin düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ötən il Gürcüstanda 163 nəfər itkin düşüb

Ötən il Gürcüstanda 163 nəfər itkin düşüb


Keçən il Gürcüstanda 163 nəfər itkin düşüb, onlardan 112-si tapılıb, 51 nəfər isə hələ də axtarışdadır.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin 2021-ci ildə itkin düşmüş şəxslərin statistikasına dair hesabatında deyilir ki, itkin düşənlərin 159-u Gürcüstan, 2-si Azərbaycan və 2-si Moldova vətəndaşıdır.

İtkin düşən Gürcüstan vətəndaşlarından 12-nin, Moldova vətəndaşlarından isə hər ikisinin cəsədi tapılıb.

Bildirilir ki, 2021-ci ildə ölkədə 42 yeniyetmə itkin düşüb, onların da 6-sı hələ də axtarışdadır.

İtkin düşmüş şəxslərlə bağlı Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, 1973-cü ildən 2021-ci ilin dekabrınadək Gürcüstanda ümumilikdə 6260 nəfər itkin düşüb, onlardan 5261 nəfəri tapılıb, 999 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Geri dön