Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərlotereya” ASC-nin yeni oyunları artıq “Misli” məntəqələrində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Azərlotereya” ASC-nin yeni oyunları artıq “Misli” məntəqələrində

“Azərlotereya” ASC-nin yeni oyunları artıq “Misli” məntəqələrində


“Azərlotereya” ASC-nin yeni oyunları paytaxt və regionlarda fəaliyyətə başlayan “Misli” məntəqələrində start götürüb.

“Poz Qazan” ani lotereyaları - “Brilliant”, “Şans ulduzu” və “Qızıl” biletlərinin satışı artıq “Misli” məntəqələrində təşkil olunub. Fevralın 1-dən isə tirajlı lotereyalar - “Mega 5/36”, “6/40”, “4+4” və bir milyon manat uduş şansı olan “Super Keno” biletlərini də “Misli” məntəqələrində əldə etmək mümkün olacaq.

Yeniliklər bununla da bitmir. “Misli” məntəqələrində “Ekpres Keno” virtual lotereyasının start götürməsi ardından “Virtual İdman” oyunlarına da mərclərin qəbuluna başlanılıb.

Qeyd edək ki, virtual lotereya və virtual idman oyunları yalnız və yalnız “Misli” məntəqələrində təşkil olunur.

Lotereya və mərc oyunları ilə əlaqədar daha ətraflı məlumat əldə etmək, oyunlarda iştirak edərək şansınızı sınamaq üçün “Azərlotereya” ASC-nin https://azerlotereya.com/az və https://www.misli.az/ rəsmi internet səhifələrini ziyarət edə bilərsiniz.

Geri dön