Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SEPAH-ın qərargahı qarşısında silahlı qarşıdurma-Ölü və yaralı var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > SEPAH-ın qərargahı qarşısında silahlı qarşıdurma-Ölü və yaralı var

SEPAH-ın qərargahı qarşısında silahlı qarşıdurma-Ölü və yaralı var


Bu barədə SEPAH “Qüds” qərargahı yanvarın 31-i axşam saatlarında məlumat yayıb.

Məlumata görə, silahlı basqın edən şəxs öldürülüb. Hadisədə başqa bir nəfərin isə yaralandığı bildirilir.

Hücumla bağlı sosial şəbəkələrdə yayılan videoda silahlı atışma zamanı yaralanan gəncin qarşı tərəfdən təkrar açılan atəşlə öldürüldüyü görünür.

Bəluc fəalların bununla bağlı yaydığı məlumatda hökumət məmurları tərəfindən öldürülən Sadiq Nəzəri adlı şəxsin 26 yaşında olduğu və motosikletlə kəşfiyyat qərargahının qarşısından keçərkən məmurlar tərəfindən təhqir olunduğu qeyd olunub.

Fəallar mübahisədən sonra iki tərəf arasında silahlı qarşıdurmanın baş verdiyini, Sadiq Nəzərinin üzərində gəzdirdiyi tapançadan atəş açdığını və məmurlar tərəfindən 6 güllə yarası alaraq öldürüldüyünü, habelə bir hökumət məmurunun yaralandığını yazıblar.

Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin polis rəisi mediaya verdiyi açıqlamada öldürülən şəxsin psixoloji problemlərdən əziyyət çəkdiyini iddia edib.

Qeyd edək ki, bir neçə gün öncə yanvarın 25-i axşam saatlarında Sistan-Bəlucistan əyalətinin Sib və Suran şəhərində də naməlum yaraqlı şəxslərlə baş verən silahlı qarşıdurmada polis rəisi Vəhid Saları öldürülüb.

Geri dön