Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin Sumqayıtdakı evinin qarşısında qorelyefi qoyulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin Sumqayıtdakı evinin qarşısında qorelyefi qoyulub

Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin Sumqayıtdakı evinin qarşısında qorelyefi qoyulub


Sumqayıtdan olan Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin qorelyefinin açılışı olub. Abidə şəhidin yaşadığı evin qarşısında yerləşdirilib. Daha əvvəl onun yaşadığı evin qarşısında xatirəsinə həsr olunan bulaq da istifadəyə verilib.

Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. O, 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü dərəsi” adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İlkin Məmmədzadə oktyabrın 8-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Rəşadət” ordeni ilə təltif olunub.

Geri dön