Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qış Nağılı-2022” müsabiqəsinin qalibləri arasında sumqayıtlı gənc pianoçu da var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Gənclik > “Qış Nağılı-2022” müsabiqəsinin qalibləri arasında sumqayıtlı gənc pianoçu da var

“Qış Nağılı-2022” müsabiqəsinin qalibləri arasında sumqayıtlı gənc pianoçu da var


Daha bir müsabiqənin qalibləri sırasında Sumqayıtın gənc musiqiçiləri yer alıblar. “Qış Nağılı-2022” adlı onlayn müsabiqədə Q.Qarayev adına uşaq musiqi məktəbinin şagirdi uğurlu çıxış edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən bildirilib ki, idarəyə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Zəhra Kərimova Rumıniyanın Buxarest şəhərində onlayn formatda keçirilən "Qış Nağılı-2022" adlı müsabiqəyə qatılıb. O, öz yaş kateqoriyasında 2-ci yerin qalibi elan olunub. Zəhraya 2-ci dərəcəli diplom təqdim edilib. Onu müsabiqəyə müəllimi Təranə Eminli hazırlayıb.

Geri dön