Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səyyarə Gülaliyeva: Gənclər Forumu mənim gənclik həyatımda ən əlamətdar tədbir kimi xatırlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Səyyarə Gülaliyeva: Gənclər Forumu mənim gənclik həyatımda ən əlamətdar tədbir kimi xatırlanacaq

Səyyarə Gülaliyeva: Gənclər Forumu mənim gənclik həyatımda ən əlamətdar tədbir kimi xatırlanacaq


Fevralın 2-də Prezident İlham Əliyevin Sərəncamına əsasən Gənclər üçün Prezident mükafatı ilə təltif olunan gənclərdən biri də mənəm. Bu yüksək etimada layiq görüldüyüm üçün çox qürurluyam və buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bu mükafatı Prezident İlham Əliyevin şəxsən özündən qəbul etmək isə daha böyük həyəcan və qürurverici bir hiss idi. Düşünürəm ki, Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu mənim gənclik həyatımda ən əlamətdar tədbir kimi xatirəmdə qalacaq.

Bu sözləri müsahibəsində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı, 2022-ci il Gənclər üçün Prezident mükafatçısı Səyyarə Gülaliyeva deyib.

O qeyd edib ki, bu mükafata layiq görülmək mənim üçün böyük məsuliyyətdir. Çalışacağam gələcək fəaliyyətimdə də bu etimadı hər zaman doğruldum, qazandığım bilik və bacarıqları, təcrübələri ölkəmizin inkişafı istiqamətində sərf edim. Gənclər Forumu nəinki iştirakçı gənclər, bütün Azərbaycan gəncliyi üçün stimul mənbəyi oldu. İnanıram ki, bundan sonra hər bir Azərbaycan gənci Prezident tərəfindən görüşdə səsləndirilən dəyərli fikirləri rəhbər tutaraq inamla və daha həvəslə fəaliyyət göstərəcək.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan gənci milli mənəvi dəyərlərimizi, ölkəmizi, ana dilimizi daim xarici təsirlərdən qorumalı, nəsillərarası əlaqəni saxlamalıdır.

“Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır və dövlətimizin başçısı bizə inanır. Bu, böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövrünün, qüdrətli Azərbaycanın, qalib xalqın gəncləriyik. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu imkanları bizə yaratdığına görə gənclər adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”, - deyə Səyyarə Gülaliyeva bildirib.

Geri dön