Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada COVID-19-a qarşı peyvənd olunan pensiyaçılara smartfon veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynada COVID-19-a qarşı peyvənd olunan pensiyaçılara smartfon veriləcək

Ukraynada COVID-19-a qarşı peyvənd olunan pensiyaçılara smartfon veriləcək


Ukrayna Prezidenti Volodimir Zelenski koronavirusa qarşı peyvənd olunan 60 yaşdan yuxarı bütün ukraynalıların pulsuz smartfon alacağını bəyan edib.

Ukrayna mediasına istinadla xəbər verir ki, pensiyaçılara, həmçinin güzəştli tarif vəd olunub.

“İki il əvvəl biz yaşlı insanlar üçün rəqəmsal savadlılıq kursları başlatdıq, yazda isə yeni geniş dövlət proqramına start verəcəyik. Peyvənd olunan 60 yaşdan yuxarı bütün ukraynalılar arzu etdikləri halda pulsuz keyfiyyətli, müasir smartfon və güzəştli tarif alacaqlar”, - deyə Zelenski Diia Summit forumunda çıxış edərkən bildirib.

Hazırda Ukraynada vaksinasiya olunan şəxslərə min qriven (təxminən 35 ABŞ dolları) ödənilməsini nəzərdə tutan “eDəstək” proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində indiyədək 8 milyona yaxın ukraynalıya vəsait ödənilib. Bu həftə isə hökumət proqramın genişləndirilməsi haqqında qərar qəbul edəcək. İndi iki doza vaksin vurduran 14 yaşdan yuxarı ukraynalılar dövlət büdcəsindən min qriven ala biləcəklər.

Geri dön