Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İkili diplom proqramına sənəd qəbulu aparılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > İkili diplom proqramına sənəd qəbulu aparılır

İkili diplom proqramına sənəd qəbulu aparılır


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən bildirilib ki, ikili diplom proqramına qəbul 2022-2023-cü tədris ili üçün magistratura pilləsini əhatə edir. Proqram üzrə tədris ingilis dilində aparılacaq və 2 il davam edəcək.

İkili diplom proqramına sənəd qəbulu martın 15-dək davam edəcək.

Tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.

Geri dön