Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “TRT” xəbər Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar xüsusi videomaterial hazırlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > “TRT” xəbər Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar xüsusi videomaterial hazırlayıb

“TRT” xəbər Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar xüsusi videomaterial hazırlayıb


Türkiyənin “TRT” xəbər saytı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar xüsusi videomaterial hazırlayıb

Xəbərdə Xocalı soyqırımı zamanı baş verən hadisələrin uşaqların gözü ilə cəmiyyətə təqdim edilməsi məqsədilə Azərbaycanda həyata keçirilən “Sevincin hekayəsi” adlı sosial media layihəsindən bəhs edilir.

“Sevincin hekayəsi”ndə soyqırımı zamanı qətlə yetirilən uşaqlardan olan Sevincin obrazını canlandıran Nəzakət Heydərova və layihənin rejissoru Vüsal Əhmədzadə “TRT” xəbərə bununla bağlı müsahibə veriblər.

Bildirilib ki, layihə 30 il əvvəl ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı aktının bütün dünyaya tanıdılması məqsədilə başladılıb. Layihədə o dövrdə Xocalı əhalisinin yaşadığı çətinliklər günbəgün öz əksini tapır.

Xəbərdə 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımının insanlığın gördüyü ən böyük qətliamlardan biri olduğu vurğulanır.

Fevralın 2-də başladılan sosial media layihəsi fevralın 26-dək davam edəcək.

Geri dön