Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fevralın 24-dən Böyük Britaniyada koronavirus məhdudiyyətləri qaldırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Fevralın 24-dən Böyük Britaniyada koronavirus məhdudiyyətləri qaldırılır

Fevralın 24-dən Böyük Britaniyada koronavirus məhdudiyyətləri qaldırılır


Böyük Britaniyada fevralın 24-dən etibarən koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlər qaldırılır.

Bütün məhdudiyyətlərin qaldırılacağını açıqlayan Baş nazir Boris Conson aprelin 1-dən pulsuz sürətli antigen testinin ləğv ediləcəyini və əhalinin yalnız müəyyən təbəqələrinə bu fürsətin təqdim ediləcəyini bildirib.

Yaşlılar və risk qrupunda olanlar üçün pulsuz testlər davam etdiriləcək.

Fevralın 24-dən etibarən testi müsbət olan şəxslərin karantində qalmasına və peyvənd olunmuş şəxslərin test verməsinə ehtiyac olmayacaq.

Aprelin 1-dən etibarən simptomları olan və olmayan insanlar üçün pulsuz sürətli antigen testi xidməti başa çatacaq.

Geri dön