Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirin əhalisi son doqquz ayda 1 milyon nəfər artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Misirin əhalisi son doqquz ayda 1 milyon nəfər artıb

Misirin əhalisi son doqquz ayda 1 milyon nəfər artıb


Misir Statistika İdarəsinin məlumatına görə, son doqquz ayda bu ölkənin əhalisi 1 milyon nəfər artaraq 103 milyona çatıb. Bu, Şimali Afrika və Yaxın Şərq ölkələri arasında ən yüksək göstəricidir.

Son bir il ərzində Misirdə hər 14 saniyədə bir körpə dünyaya gəlib. Statistika göstərir ki, bu gedişlə 2032-ci ildə bu ölkənin əhalisinin sayı 125 milyon nəfərə çatacaq.

Misir hökuməti əhalinin sürətli artımının qarşısını almaq məqsədilə tədbirlər planı hazırlayıb. Nazirlər Kabinetinin son iclasında qeyd olunub ki, demoqrafik proseslərdə bu cür dəyişiklik sosial və iqtisadi problemlərə səbəb ola bilər. Misir Prezidenti Əbdülfəttah əl-Sisi çıxışında qeyd edib ki, hazırda baş verən əhalinin sürətli artımı fonunda sosial problemlərinin həlli, o cümlədən əhalini iş və mənzillə təminatı üçün ümumu daxili məhsulun həcmi 1,5 trilyon dollar olmalıdır ki, bu da qeyri-mümkündür.

Geri dön