Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağdamda şəhid Qəşəm İbrahimlinin ailəsi yeni fərdi evlə təmin edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ağdamda şəhid Qəşəm İbrahimlinin ailəsi yeni fərdi evlə təmin edilib

Ağdamda şəhid Qəşəm İbrahimlinin ailəsi yeni fərdi evlə təmin edilib


Ağdam rayonunun Xındırıstan kəndində Vətən müharibəsi şəhidi İbrahimli Qəşəm Süleyman oğlunun ailəsi üçün tikilən dördotaqlı ev sahiblərinə təqdim edilib.

Bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri, qazilər iştirak ediblər.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən danışıb, şəhidlərin qısa, lakin şərəfli ömür yolunun hər bir azərbaycanlıya örnək olduğunu bildirib.

Yeni fərdi evlə təmin olunan şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, evin tikintisində əməyi olanlara təşəkkür ediblər.

Sonra mərasim iştirakçıları mənzildə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Qəşəm İbrahimli 1995-ci il dekabrın 20-də Xındırıstan kəndində anadan olub. O, 2020-ci il oktyabrın 9-da Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Cəsur döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Geri dön