Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında səkkiz marşrut üzrə qarölçmə işləri aparılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında səkkiz marşrut üzrə qarölçmə işləri aparılacaq

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında səkkiz marşrut üzrə qarölçmə işləri aparılacaq


Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında, yəni yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilir.

Bunu xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, əgər keçən il 25 qarölçmə marşrutu üzrə ölçmə-tədqiqat işləri aparılıbsa, bu ildən etibarən marşrutların sayı 31-ə çatdırılıb. Bu da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində qarölçmə işlərinin daha geniş ərazidə aparılması ilə bağlıdır: “Ölçmə işləri Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazisindən axan Tərtərçay, Levçay, Tutqunçay, Xaçınçay, Bərgüşadçay, Həkəriçay, Zabuxçay, Qarqarçay, Köndələnçay, Quruçay çaylarının hövzələrində 8 marşrut üzrə 2 qrupdan ibarət ekspedisiya tərəfindən dəniz səviyyəsindən 1550-2200 metr yüksəklikdə həyata keçiriləcək. 2021-ci ildə isə qarölçmə işləri 2 marşrut üzrə yalnız Tərtərçay və Həkəriçayın hövzələrində aparılmışdı”.

A.Verdiyevin sözlərinə görə, ümumilikdə ölkənin əsas çay hövzələrini əhatə etmək üçün qarölçmə işləri 5 qrupdan ibarət ekspedisiya təşkil olunaraq Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində həyata keçiriləcək və qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı, sululuğu təyin olunacaq.

Mərkəzin direktoru bildirib ki, qarölçmə işlərində iştirak edəcək mütəxəssislər üçün ərazidə təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə ANAMA-nın mütəxəssisləri tərəfindən təlimlər təşkil olunacaq.

Geri dön