Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı sakini beynəlxalq nəşrdə soyqırımı barədə öz xatirələrini yazıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Xocalı sakini beynəlxalq nəşrdə soyqırımı barədə öz xatirələrini yazıb

Xocalı sakini beynəlxalq nəşrdə soyqırımı barədə öz xatirələrini yazıb


“International Business Times” nəşrində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məqalə dərc olunub.

“30 il sonra Xocalı faciəsinə dair xatirələr“ sərlövhəli məqalədə həmin faciənin canlı şahidi, Xocalı sakini Dürdanə Ağayevanın xatirələri yer alıb.

D.Ağayeva həmin müdhiş gecədə baş verənləri oxucuların diqqətinə çatdıraraq, erməni dəstələrinin heç bir fərq qoymadan dinc əhalini qətlə yetirdiyini, qadın və uşaqları süngüyə keçirdiyini, qocaları güllələdiyini yazır. Ermənilər tərəfindən əsir götürülən 20 yaşlı Dürdanə Xocalının əsas telefon stansiyasında telefonçu işlədiyinə görə xüsusilə ağır işgəncələrə məruz qalıb. O qeyd edir ki, bu günə qədər əsirlikdə sağlamlığına vurulan zərərdən əziyyət çəkir. Onunla saxlanılan bir çox əsirdən daha şanslı olduğunu və o vaxt siqaret və benzin müqabilində Azərbaycan tərəfinə qaytarılır.

Müəllif diqqətə çatdırır ki, həmin hadisələrdən 30 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı Xocalı soyqırımını unutmur. Çünki onun da daxil olduğu nəsil öz ölkəsinin hüdudları daxilində didərgin həyatı yaşamağa məcbur oldu, öz evlərinə dönə bilmədilər.

Qeyd edilir ki, oxucuların çoxu Qarabağ münaqişəsi haqqında məlumatlı olsalar da, Xocalı faciəsi barədə bəlkə də ilk dəfə xəbər tuturlar. Xocalı həmin müharibə zamanı törədilmiş çoxsaylı vəhşiliklər sırasında yer alırdı, lakin ən qəddar və qansızıdır. Fevralın 25-dən 26-a keçən gecə öldürülən günahsız insanlar barədə məlumat verən müəllif diqqətə çatdırır ki, “Human Rights Watch“ Xocalı hadisələrini “münaqişədə indiyə qədərki ən böyük qırğın” adlandırmışdı. “Bu günə qədər” ifadəsi düzgün idi, çünki onun ardınca başqa faciələr də törədildi. Ermənistanın o vaxtkı müdafiə naziri və daha sonra prezidenti açıq şəkildə etiraf etdi ki, Qarabağdakı azərbaycanlıları məhv etmək məqsədilə bu qətliamı törətmək üçün mütəşəkkil bir plan olub.

D.Ağayeva Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında dərin iz buraxdığını yazır. Qeyd edilir ki, bu faciə dünyada kifayət qədər tanınmır, çünki o zaman BMT-də bir sıra səssiz etirazlar xaricində dünya ictimaiyyəti bu soyqırımına susdu. Bu sükut bu günə qədər davam edir və hətta bu faciənin baş verdiyini inkar edənlər də var.

Müəllifin sözlərinə görə, ötən əsrin sonunda Ruanda və Srebrenitsada baş verən soyqırımlar fonunda Xocalıda öldürülənlərin sayı bir çoxları üçün kiçik rəqəm təsiri bağışlayır. Həqiqətdə isə Xocalı Afrika və Balkanlarda daha genişmiqyaslı soyqırımların ilk xəbərdarlığı idi. Qərb dünyasının Xocalı soyqırımına etinasız və səssiz münasibəti bu soyqırımın daha geniş miqyasda və təkrar-təkrar baş verməsini təmin edən əsas şərtlərdən biri idi. BMT soyqırımın kifayət qədər aydın izahını verib, lakin soyqırımlar qarşısında insanların susması və onu görməzdən gəlməsi bu hadisələrin təkrarlanmasına yol açır: “Məhz buna görə də biz dünyada Xocalı soyqırımını tanımalı və onu xatırlamalıyıq. Bununla da gələcək nəsillərə göstərməliyik ki, soyqırımın heç bir forması diqqətdən kənarda qalmayacaq, soyqırımı törədənlər cinayət əməllərinin gizli qalacağına ümid etməsinlər”.

Yekunda qeyd edilib ki, Xocalı soyqırımının 30-cu ildönümündə ədalətin bərpası əsas məsələdir: “Bu hadisədən üç onillik keçsə də, ədalətə nail olmaq olarmı? Sərəncam verənlər azadlıqdadırlar və bu gün hətta Ermənistanın siyasi həyatında yüksək vəzifələr tuturlar. Onlardan ikisi prezident oldu”.

Sonda müəllif ümidvar olduğunu ifadə edib ki, bir gün gələcək və Xocalı sakini kimi öz doğma torpağına geri dönəcək və hazırda ədalət bərqərar olmasa da, xalqlar arasında barışıq mümkün olacaq.

Geri dön