Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda Nobel irsinə böyük dəyər verilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycanda Nobel irsinə böyük dəyər verilir

Azərbaycanda Nobel irsinə böyük dəyər verilir


Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Osloda fəaliyyət göstərən Nobel Sülh Mərkəzində olub.

Mərkəzin rəhbəri Kjersti Flogstad görüşdə rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barəsində məlumat verib.

Azərbaycanda Nobel qardaşlarının yaratdığı zəngin irs haqqında danışan səfir Zaur Əhmədov İsveç və Norveçdən sonra Nobel tarixinə həsr olunan muzeyin yalnız Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmin muzeyin, Nobel qardaşlarının neft istehsalı şirkətinin (Branobelin) bir vaxtlar sahib olduğu “Villa Petrolea” mərkəzində yerləşməsini və tariximizin bu hissəsinə böyük əhəmiyyət verildiyini ifadə edib.

Nobel mükafatı fondunun formalaşmasında “Branobel” şirkətinin Azərbaycanda neftdən qazandığı sərvətin rolunu vurğulayan Zaur Əhmədov isveçli yazıçı Bengt Jangfeldtin o zamanlar baş verənləri ətraflı təsvir edən kitab yazdığını da bildirib.

Səfir bütün bu və digər faktları, habelə Azərbaycanda Nobel irsinə böyük dəyər verildiyini nəzərə alaraq, birgə layihələrin həyata keçirilməsi üçün perspektivlərin olduğunu qeyd edib.

Geri dön