Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda ov mövsümü başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda ov mövsümü başa çatıb

Azərbaycanda ov mövsümü başa çatıb


Azərbaycanda 2021-2022-ci illər üzrə ov mövsümü fevralın 27-də başa çatıb və ov icazələrinin verilməsi dayandırılıb. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan edilir”, - deyə F.Əliyev vurğulayıb.

Geri dön