Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mexikoda lisey şagirdlərinə Xocalı həqiqətləri barədə məlumat verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Mexikoda lisey şagirdlərinə Xocalı həqiqətləri barədə məlumat verilib

Mexikoda lisey şagirdlərinə Xocalı həqiqətləri barədə məlumat verilib


Mexiko şəhərində fəaliyyət göstərən “Centro Escolar Patria” liseyində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Komitənin dəstəyi və Meksikada yaşayan diaspor fəalı Sevda Verdiyevanın təşəbbüsü ilə baş tutan konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarına Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilib. Sonra Azərbaycan tarixinə ən dəhşətli, faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı həqiqətləri faktlar, video və foto materiallar əsasında gənclərin nəzərinə çatdırılıb.

Qeyd edilib ki, Xocalı faciəsini parlament səviyyəsində qətliam kimi tanıyan dövlətlərdən biri də Meksikadır.

Misli görünməmiş qəddarlıqla törədilmiş faciədən təsirlənən konfrans iştirakçıları şamlar yandıraraq Xocalıda şəhid olanların ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Geri dön