Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son iki gündə Ukraynadan təxminən 1500 özbək Polşa vasitəsilə Daşkəndə təxliyə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Son iki gündə Ukraynadan təxminən 1500 özbək Polşa vasitəsilə Daşkəndə təxliyə olunub

Son iki gündə Ukraynadan təxminən 1500 özbək Polşa vasitəsilə Daşkəndə təxliyə olunub


Martın 2-də Polşanın Katovitse şəhərindən “Uzbekistan Airways” aviaşirkətinin daha 3 təyyarəsi Daşkənd hava limanına enib. Polşadan üç təyyarə isə martın 1-də Daşkəndə gəlib.

Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, martın 2-də gətirilənlərin əksəriyyəti uşaqlar, qadınlar, qocalar və tələbələrdir.

Son iki gündə Özbəkistana gətirilən şəxslərin sayı 1500 nəfərdir. Hazırda Ukrayna-Polşa sərhədində Vətənə gəlmək üçün növbə gözləyən 800-dən çox Özbəkistan vətəndaşı var.

Geri dön